Sabah bu rayonlarda leysan, dağlarda isə qar yağacaq - Xəbərdarlıq

14:20 10.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 11-i gündüzdən 13-dək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən məlumata görə, şimal və şərq rayonlarında leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

 

Noyabrın 11-i gündüzdən 13-dək  Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var.